İngiltərənin Birminqem şəhərində orta məktəblərin birində şagirdlərə tənəffüsdə danışmaq və səs çıxarmaq qadağan olunub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, qanunu pozanlar 20 dəqiqəlik saxlanılacaq.

Məktəb rəhbərliyi valideynlərə göndərdiyi məktubda şagirdlərin noyabrın 5-dən etibarən tənəffüsdə danışmaması barədə xəbərdarlıq edib. Yeni qaydalara görə, şagirdlər yalnız restoran, yemək sahəsi və digər məkanlarda bir-birilə danışa bilərlər.

Bəzi valideynlər bu qanuna etiraz ediblər. "BBC"yə danışan və adını gizli saxlamaq istəyən bir ana qızının bu qayda ilə məktəbə getmək istəmədiyini, məktəbi həbsxanaya oxşatdığını söyləyib.

1400 şagirdi olan məktəb rəhbərliyi dəhlizlərin növbətçi müəllimlər tərəfindən yoxlanılacağını, danışan şagirdlərin müəllimlər tərəfindən 20 dəqiqəlik saxlanılacağını bildirib.

Qayda pozuntusunun təkrarlanacağı təqdirdə şagirdlərə verilən cəzalar da artırılacaq.

Gülnar Qafarlı

Bu ölkədə tənəffüsdə danışmaq qadağan olundu