İyulun 15-dən sonra Rusiyada fəaliyyəti dayandırılan kinoteatrlar qapılarını tamaşaçıların üzünə açacaq.

Open.az xəbər verir ki, Rusiya hökumətinin qərarına əsasən məlum səbəblərə görə mart ayından bağlanan kinoteatrların müəyyən şərtlər altında yenidən açılması nəzərdə tutulub.

Həmçinin, yaxın günlərdə Rusiyada mədəni həyatın normallaşması, muzeylərin də fəaliyyətinin bərpa olunması açıqlanıb.

Ülviyyə Həsənqızı