İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası
keçiriləcəkdir.

Open.az xəbər verir ki, bu dəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış edib, , Məcnun, Kərəm, Sərvər, Şeyx Sənan, Qərib, Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olub.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları Əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva(Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası) və b. ifa edəcəklər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.