Almaniyanın ləl-cəvahirat, qələm və saat kimi əşyalar istehsal edən "Montblanc" brendi dünyanın ən bahalı qələmini təqdim edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə istehsal etdiyi qələmlərlə dünyada populyarlaşan "Montblanc"ın icraçı direktoru Nikola Baretzki qələmin 1,9 milyon avro qiymətinə olduğunu bildirib.

Təqdimat mərasimi Pekində keçirilib. 3 ədəd qələmin üzərinə üç əjdaha motivlərinin çəkildiyi, altı brilyant, bir yaqut və sapfir ilə təchiz edildiyi qeyd olunub.

Gülnar Qafarlı

Bu da dünyanın ən bahalı qələmi - FOTO