Amerikalı aktrisa Silviya Maylz təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 94 yaşlı aktrisa iki dəfə "Oskar" kino mükafatının nominantı olub.

1924-cü ildə Nyu-Yorkda anadan olan Silviya Maylz "Əlvida, mənim gözəlim", "Marsda həyat", "Böyük şəhərdə seks" və digər filmləri ilə məşhurlaşıb.

Aktrisa sonuncu dəfə kamera qarşısına 2010-cu ildə keçib.

Silviya Maylzın son rolu "Uoll Strit: Pullar yatmır" filmində olub.

Ülviyyə Həsənqızı