Mərhum türk aktyoru, "Ezel" serialının "Ramiz dayı"sı, "Muhteşem Yüzyıl"ın “Ebussuud Efendi” si olmuş Tuncel Kurtiz vəfatının 7-ci ilində yad edilib.

Open.az xəbər verir ki, mərhum sənətkarın Balıkesirdə olan baxımsız məzarını yaxınları, dostları ziyarət ediblər.

Balıkesir'in Kazdağları ətəyində uyuyan məşhur aktyorun gözlərdən uzaq olan məzarı 7 ildir, baxımsız vəziyyətdədir.

Hər il Tuncel Kurtizin məzarını onlarla insan və sənət adamları yad edir, amma onun məzarının bu halda qalmasına da göz yumurlar.

Balıkesir Bələdiyyəsi isə aktyorun sadə həyat tərzi keçirdiyini, dünya malından uzaq olduğunu və məzarının da məhz bu səbəbdən "sadəlik örnəyi" təşkil etdiyini vurğulayıb.

Görünür, hər kəs bu fikri paylaşır. Əks halda belə sənətkarın məzarı 7 ildir, bu vəziyyətdə qalmazdı.

Ülviyyə Həsənqızı

Böyük aktyorun sadə məzarı- Ramiz dayıBöyük aktyorun sadə məzarı- Ramiz dayıBöyük aktyorun sadə məzarı- Ramiz dayıBöyük aktyorun sadə məzarı- Ramiz dayıBöyük aktyorun sadə məzarı- Ramiz dayıBöyük aktyorun sadə məzarı- Ramiz dayıBöyük aktyorun sadə məzarı- Ramiz dayı