Rusiyanın məşhur teatr və kino aktrisası, RSFSR Xalq artisti İrina Skobseva vəfat edib.

Open.az xəbər verir ki, 93 yaşlı məşhur aktrisanın ölüm xəbəri bu dəqiqələrdə yayılıb.

İrina Skobseva məşhur sovet aktyoru və rejissor, SSRİ Xalq artisti Sergey Bondarçukun həyat yoldaşı olub.

Bondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edib

1955-ci ildə rejissor Sergey Yutkeviçin ekranlaşdırdığı "Otello" filmində Dezdemona obrazını yaradan İrina Skobseva, bu filmlə kinoda ilk addımlarını atıb.

Gələcək həyat yoldaşı Sergey Bondarçukla tanışlığı da "Otello" filmindən başlayıb. "Otello" filmi 1956-cı ildə Kann kinofestivalında iştirak edərək, "Ən yaxşı rejissor işinə görə" mükafatını qazanıb.

Bondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edib

Xatırladaq ki, mərhum İrina Konstantinovna Skobseva 1927-ci il avqustun 22-də Tula şəhərində anadan olub.

Mərhum aktrisanın nə zaman və harada dəfn ediləcəyi ilə bağlı hələlik açıqlama verilməyib.

Ülviyyə Həsənqızı

Bondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edibBondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edibBondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edibBondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edibBondarçukun həyat yoldaşı və məşhur aktrisa  İrina Skobseva vəfat edib