“Azərbaycan xalqı mədəni, ziyalı və əxlaqlı xalqdır, düşmən isə zalımdır, amma Azərbaycan düşmənini də bağışlayır, mülki şəxslərə atəş açmır”.

Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Novruz son günlər cəbhədə baş verən erməni təxribatına münasibət bildirərkən deyib.

O bildirib ki, ordumuz mülki şəxslərə qarşı heç bir silah işlətmir: "Azərbaycan əsgəri mülki insanlara, şikəstlərə, qadınlara güllə atmaz. Bizi böyüklərimiz belə tərbiyə edib. Erməni xalqı isə tör-töküntü bir ideya ilə yaşayır. Bir xalqın ki, ağlına uşaq oyuncağına bomba qoyub çaya atmaq gəlirsə, o xalqdan hansı etik davranış gözləyə bilərik? Bunlar bir Allahın bəlasıdır. Xalqımız heç bir vaxt əxlaqını poza bilməz. Azərbaycan ordusunda kişilər döyüşür. Azərbaycan hərbiçisi kişi kimi vuruşur. Azərbaycan tarixinə ləkə yazdırmaz.

Tarixdə ermənin bu gün etdikləri alnında ləkə kimi qalacaq. Dünən onlar bir ailənin məhv olmasına səbəb oldular. Bu qınanılasıdır. Azərbaycan ordusundan zəfər gözləyirik. Xalqımız səbr nümayiş etdirməlidir. Biz qalib gələcəyik, biz zəfər qazanacağıq”.