Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) “Biz birlikdə güclüyük!” rəsm müsabiqəsi elan edib.

Open.az xəbər verir ki, “Pandemiya şəraitində biz” başlığı altında keçiriləcək müsabiqəyə işlərin qəbulu iyulun 7-dən 22-dək aparılacaq.

İlk 3 yerin qalibi Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər Sakit Məmmədovun və AzMİU TGT-nin sədri Ülkər Həsənovanın imzası olan diplomla təltif olunacaqlar.

İyulun 25-də rəssam Nizar Məmmədovla görüş zamanı qaliblərin adları açıqlanacaq və diplomlar təqdim olunacaq.