Tanınmış türk aktyoru Uğurtan Sayıner'in vəziyyəti ağırlaşıb.

Open.az xəbər verir ki, 76 yaşlı qocaman aktyor baxımsız qalıb.

Səhhəti ağır olan aktyorla bağlı bir neçə sənət adamı sosial mediadan çağırış ediblər.

Ən son "Bizimkilər" serialında ifa etdiyi "Sərxoş Cemil" obrazı ilə türk tamaşaçısının yadında qalan Uğurtan Sayınerin ürək sızlatan görüntülərini nümayiş etdirən aktrisa Berna Laçin, İzmir Böyükşəhər Bələdiyə Başkanı Tunç Soyer'ə səslənib.

Berna Laçin illərin sənətkarını belə vəziyyətdə qoymamaq üçün Bələdiyyə Başqanından yardım istəyib: "Uğurtan Sayıner təcili xəstəxanaya aparılmalı, orada müalicə olunmalıdır".

Ülviyyə Həsənqızı

Bir zamanlar məşhur olan aktyorun son halı ürək sızladır-FOTO

Bir zamanlar məşhur olan aktyorun son halı ürək sızladır-FOTO