Polyak əsilli alman kino xadimi Artur Brauner vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 100 yaşlı kinoprodüser Berlindəki evində dünyasını dəyişib.

Romi Şnayder, Kurt Yurgens, Katerina Valente və.s. kimi böyük sənət xadimləri ilə çalışan Artur Brauner milliyətcə yəhudidir.

Polyak əsilli yəhudi olan Artur Brauner Alman kino xadimi kimi tanınsa da, prodüserlik etdiyi filmlərdə yəhudi xalqının yaşadığı ağrı-acılardan, Xolokosta faciəsindən dəfələrlə bəhs edib.

Avqustun 1-də 101 yaşı tamam olacaq mərhum kino xadiminin iştirakı ilə yüzlərlə bədii film ekranlaşdırılıb.

Artur Brauner əsasən "Avropa, Avropa" filmi ilə məşhurlaşıb.

Ülviyyə Həsənqızı