Sentyabrın 18-i dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin doğum günü ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir Musiqi Günü”) kimi təntənə ilə qeyd olunur.

Open.az xəbər verir ki, Mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək.

Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək

BMM-nin “Muğam axşamları” layihəsi 18 sentyabr tarixində İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisində onlayn olaraq yayımlanacaq. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi birgə layihə təqdim edəcək

Layihənin konsertləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə gün ərzində 12:00, 15:00 və 17:00-da yayımlanacaq.

Proqramda BMM-nin solistləri, Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli, Ayşən Mehdiyeva çıxış edəcəklər.

Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.