"Betmen" filminin qəhrəmanı Karl Şils vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı aktyor serial çəkilişləri zamanı yatıb və oyanmayıb.

Çəkiliş qrupunun üzvləri aktyorun son günlər səhhətində problemlərinin olduğunu və şiddətli ağrılar səbəbilə qoltuq ağacı ilə gəzdiyini vurğulayıblar.

Serial çəkilişi zamanı meydançada olanlar Karl Şilsə heç bir kömək göstərilməyib. Baxmayaraq ki, aktyor çəkiliş meydanmasına çətinliklə gəlib.

Hazırda aktyorun yuxuda baş verən ölüm səbəbi araşdırılır.

Ülviyyə Həsənqızı