Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri olan "Balaca şahzadə" alleqorik hekayəsi onilliyin ən populyar uşaq kitabı adlandırılıb.

Open.az xəbər verir ki, elektron və audiokitabların reytinq cədvəlində lider olan "Balaca şahzadə"dən sonra ikinci yerdə Bodo Şeferin "Mani adlı köpək", üçüncü pillədə isə Çerstin Lundberq Hanın "Xoşbəxtlik peçenyeləri" audiokitabları qərarlaşıb.

Qeyd edək ki, "Balaca şahzadə" kitabının proloqu dünyada məşhur olan: "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" ifadəsidir.

Ülviyyə Həsənqızı

Balaca şahzadə