Noyabrın 6-da Heydər Əliyev Sarayında “Nyu York Gecələri” adlı konsert proqramı keçiriləcək.

Open.az xəbər verir ki, teatr, musiqi, mahnı və rəqslərin yer aldığı proqramda Nyu-York şəhərin dünyaca məşhur musiqili şoularından Dream Girls, The Great Gatsby, Chicago, Burlesque, Moulin Rouge və başqalarından səhnəciklər canlı şəkildə göstəriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-21-31