Rusiyanın tanınmış yazıçı-dramaturqu Leonid Zorin vəfat edib.

Open.az xəbər verir ki, 95 yaşlı Leonid Zorin 1924-cü il noyabrın 3-də Bakıda anadan olub.

Leonid Zorin 1946-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. Sonralar isə təhsilini Moskvada M.Qorki adına Əədbiyyat İnstitutunda davam etdirib. Yaradıcılığa şeirlə başlayan Leonid Zorin, 1948-ci ilədək Bakıda yaşayıb.

Leonid Zorinin dram əsərləri Rusiyanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Ssenariləri əsasında onlarla filmlər ekranlaşdırılıb.

Ömrünün son günlərinədək əsərlər yazan mərhum yazıçı, çoxsaylı nüfuzlu mükafatların da sahibi olub.

Ülviyyə Həsənqızı