Oktyabrın 10-da, dünya premyerasına bir gün qalmış “ParkCinemaFlameTowers”də “Aydakı Adam” bədii filminin qapalı nümayişi keçirilib.

Open.az xəbər verir ki, tədbirdə KİV nümayəndələri, tanınmış simalar, bloqqerlər, aktyorlar, prodüserlər və rejissorlar iştirak ediblər.

Kinoteatrın qonaqları filmin ilk tamaşaçılarından olublar. Qapalı nümayişlə yanaşı, qonaqları sponsorların dəstəyi ilə ParkCinema tərəfindən təşkil olunmuş furşet gözləyirdi. Furşetdən, musiqidən həzz alan, fotosessiyada iştirak edən və ünsiyyət quran qonaqlar, IMAX zalına keçib, filmə baxıblar.