Oktyabrın 10-dan 20-dək YARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdaşlığı ilə Bakıda 3-cü Beynəlxalq M.A.P Teatr Festivalı keçiriləcək.

Open.az xəbər verir ki, tamaşalar bayramının adı Musiqi, Art Performans sözlərinin birləşməsindən yaranıb.

Festivalda Sankt-Peterburqun "Kukolnıy dom" , Avropa Teatrı, Yeni Riqa Teatrı ilə yanaşı, Macarıstan, Böyük Britaniya, İsrail, İspaniya, Latviya və Finlandiyadan gəlmiş Teatr truppaları çıxış edəcək.

On gün davam edən Festival çərçivəsində azərbaycanlı teatrsevərlərə maraqlı tamaşalar nümayiş olunacaq.

Festivalın açılış günü ÜNS Teatrının səhnəsində Finlandiyada yaşayan azərbaycanlı rejissor, M.A.P Teatr Festivalının Bədii Rəhbəri Kamran Şahmərdanın quruluşunda, Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" sosial bərabərsizlik haqqında eksperimental dramının premyerası olacaq.


Open.az 3-cü M.A.P Beynəlxalq Teatr Festivalının Proqramını təqdim edir:

Oktyabrın 10-da Bakıda  3-cü Beynəlxalq M.A.P Teatr Festivalının açılışı olacaq

Ülviyyə Həsənqızı