Bakı Uşaq Teatrında yeni tamaşanın daxili baxışı keçirilib.

Open.az xəbər verir ki, “Sehirli Tütək” adlanan nağıl-tamaşanın ictimai baxışı isə iyunun 22-də saat 12.00-da teatrın müvəqqəti
yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyəıt sarayında keçiriləcək.

Azərbaycan xalq nağılı əsasında mərhum Maarif Məmmədovun ssenariləşdirdiyi və İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Mehman Piriyev, İlhamə Əhmədova, Natiq Fərzəliyev,Ədalət Ağaverdizadə, Könül Şahbazova,Gülər Ləzgiyeva, Qurban Əhmədov, NicatƏhmədov, Flora Hüseynova, Gülnar Məmmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Günay Pirizadə və Nərminə Məhərrəmova ifa edirlər.

1 saat müddəti olan tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir.