Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda görkəmli musiqişünas-alim, fəlsəfə elmləri doktoru, professor “Qızıl qələm” mükafatı laureatı Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçiriləcək.

Open.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidməti yayıb.

Anım tədbirində həmçinin mərhum alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabının təqdimatı keçirləcək.

Xatırladaq ki, Babək Qurbanov Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin oğludur. Uzun illər Türkiyənin Qaziantep Universitetində elmi fəaliyyətlə məşğul olan Babək Qurbanov 2019-cu il mart ayında dünyasını dəyişib.

Babək Qurbanovun 80 illiyinə həsr olunan tədbir keçiriləcək