Uzun illərdir Rusiyada yaşayan və "Mosfilm" kinostudiyasında çalışan azərbaycanlı istedadlı aktyor, Rusiya Federasiyası Kinematoqrafiya İttifaqının və Rusiya kinoaktyorları Gildiyasının üzvü Fərhad Hüseynovdan xəbər var.

Open.az xəbər verir ki, həmyerlimiz üç ölkənin birgə istehsalı olan çoxseriyalı filmdə əsas obrazlardan birini ifa edib.

Bu barədə saytımıza açıqlama verən Fərhad Hüseynov bildirib ki, yeni film Amerika-İraq müharibəsi və Səddam Hüseynin həyatının bir çox məqamlarını əks etdirəcək.

"Treyder" adlanan 16 seriyalı televiziya filmi Rusiyanın birinci kanalının sifarişi ilə çəkilir. Rusiya-Amerika və İngiltərənin müştərək çəkdikləri filmin quruluşçu rejissoru kinematoqrafiyada məşhur olan Entoni Uollerdir. Filmdə Səddam Hüseynin ən yaxin silahdaşi olan general Əl-Məcid obrazını ifa edirəm. Əl-Məcid ordu generalıdır. Yeni filmdə Amerika İraq müharibəsinin başlanmasından bir ay əvvəl Bağdadda olan Amerika kəşfiyyatının nümayəndələrinin apardığı casusluqdan, Səddam Hüseynə ailə üzvləri, konkret kürəkəni tərəfindən edilən xəyanətdən bəhs olunur. Bu film böyük layihədir. Mənim iki günlük çəkilişlərim artıq başa çatdı. Üç ölkənin tanınmış aktyorları ilə birlikdə bu layihədə yer almaq çox şərəflidir. Səddam Hüseynin oğlu Udey surətini Tunisdən olan aktyor ifa etdi. Filmdə olan səhnələrimdə ərəb dilində danışmışam. Çətin olsa da, obrazımın xatirinə və təbii alınması üçün rolumu ərəb dilində tam mənimsədim və çəkilişlər bu prosesdə davam etdi. Filmə böyük maliyyə vəsaiti ayrılıb. Məhz buna görə də, gözəl dekorasiya və kostyumlar hazırlanıb. Ümid edirəm ki, maraqlı, baxımlı ekran əsəri olacaq" , - deyə aktyor söyləyib.

Rusiyada aktiv kino fəaliyyəti ilə məşğul olan Fərhad Hüseynov bu filmlə paralel daha bir çoxseriyalı televiziya filmində çəkilmək üçün dəvət alıb.

"Ministerstvo" adlanan yeni 16 seriyalı bədii filmdə Nodir obrazını canlandıracaq Fərhad Hüseynov nazirlikdə çalışan yüksək vəzifəli şəxsin özbək əsilli sürücüsü rolunu ifa edəcəyini deyib: "Nodir surəti filmin əvvəlində sadə, öz işinin öhdəsindən vicdanla gələn sürücüdür. Amma günlərin birində Nodirlə sürücüsü olduğu vəzifəli şəxs arasında olan dialoqda məlum olur ki, bu insan çox savadlı, siyasi və ictimai həyatda gedən proseslərdən tam məlumatlı bir adamdır. Belə olduqda Nodirin əsl kimliyi meydana çıxır. Məlum olur ki, Nodir Özbəkistanda ali təhsil almış, ixtisasca psixoloq olan savadlı insandır. Sadəcə, dolanmaq xatirinə sürücü kimi çaışmağa başlayıb. Bu filmin çəkilişləri aprel ayında başlayacaq. May ayında isə mənim çəkilişlərin sona çatacaq."

Xatırladaq ki, Azərbaycan tamaşaçılarının yaddaşında yazıçı Anarın çəkdiyi "Uzun ömrün akkordları (Üzeyir ömrü)" filmində ifa etdiyi Ağalar Əliverdibəyov obrazı ilə qalan Fərhad Hüseynov görkəmli rejissor Ədil İsgəndərovun tələbəsi olub.

Teatr İnstitutunu bitirdikdən sonra sənət fəaliyyətini Bakıda davam etdirən aktyor 1990-cı illərdə Rusiyaya köçüb.

"Tehran-43", "Qorxma mən səninləyəm", “Uzun ömrün akkordları”, “İşgüzar səfər”, “Gümüş furqon”, “Məhəbbət əfsanəsi”, “Ünvansız eşq”, "Jasmin", ümumiyyətlə, 30-dan çox filmdə yaddaqalan obrazlara ekran ömrü verən Fərhad Hüseynov "Mosfilm"in istehsal etdiyi maraqlı film və seriallarda əsas obrazları canlandırır.

Ülviyyə Həsənqızı

Azərbaycanlı aktyor Səddam Hüseynin həyatından bəhs edən filmdə - General obrazında...

Səddam Hüseynin həyatından bəhs edən filmdə həmyerlimiz - General obrazında

Səddam Hüseynin həyatından bəhs edən filmdə həmyerlimiz - General obrazında

Səddam Hüseynin həyatından bəhs edən filmdə həmyerlimiz - General obrazında