Azərbaycanlı aktyor Kamran Yunisə ağır itki üz verib.

Open.az xəbər verir ki, bununla bağlı aktyor özü sosial şəbəkədə məlumat verib.

O bildirib ki, atası Aydın Yunis vəfat edib.

Qeyd edək ki, bu, aktyorun ailəsində son bir həftədə ikinci ağır itkidir. Bir həftə öncə K. Yunisin anası dünyasını dəyişib.