Avqustun 16-sı Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin (TDİB) həyata keçirdiyi “Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” layihəsi əsasında hazırlanan “Azərbaycanın müstəqillik şairləri” kitabının təqdimatı keçiriləcək.

Open.az xəbər verir ki, bu barədə AYB.az saytı məlumat yayıb.

Qeyd edək ki, yeni nəşr ingilis dilindədir.

Təqdimat mərasimi saat 14.00-da keçiriləcək.

Giriş sərbəstdir.

Ülviyyə Həsənqızı