Azərbaycanın Əməkdar rəssamı, "YUĞ" Teatrının baş rəssamı Rəşid Şerif (Həsənov) vəfat edib.

Open.az xəbər verir ki, bu barədə xəbəri YUĞ Teatrı yayıb.

Qeyd edək ki, YUĞ Teatrının banisi Vaqif İbrahimoğlunun qardaşı, rəssam Rəşid Şerif YUĞ Teatrı yarandığı gündən həmin teatrda çalışıb. Bu illər ərzində Teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara bədii tərtibat verib.

YUĞ Teatrının kollektivi Rəşid Şerifin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Allah rəhmət eləsin!