Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Bakı Media Mərkəzi ilə birgə sosial film layihələrinin çəkilişini nəzərdə tutan müqavilə təsdiq olunub.

Open.az xəbər verir ki, müqaviləyə əsasən ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi dövründə görülən tədbirlərə həsr olunmuş bir neçə sosial sənədli filmin istehsalı planlaşdırılıb.