Azərbaycan və Türkiyə televiziya və kino sahəsində ortaq işlər həyata keçirəcək.

Open.az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

Qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçiriləcək komitə iclasında müzakirə ediləcək.