Azərbaycan Milli Xalça Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

Open.az xəbər verir ki, muzey kollektivi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, xalqımızın həmrəyliyi, hər bir vətəndaşın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu virusun geniş miqyasda yayılmasının qarşısının alınacağına inamlarını ifadə ediblər.