Rusiyanın Əməkdar artisti, Birinci Dərəcəli Böyük Pyotr ordeninin sahibi Viktor Proskurin vəfat edib.

Open.az xəbər verir ki, 68 yaşlı aktyor ötən gün uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Aktyorun ölüm xəbərini həyat yoldaşı İrina Xonda təsdiqləyib.

Viktor Proskurin 1952-ci il fevralın 8-də Qazaxıstanın Atbasar Vilayətində anadan olub. Sənətə gəlişi çətinliklə olsa da, onun iştirakı ilə olan film və tamaşalar, aktyorun istedadını əks etdirib.

"Böyük tənəffüs", "12 stul", "Kapitana necə ərə getməli", "Amansız romans" və.s. filmlərdə ifa etdiyi obrazları ilə məşhurlaşan mərhum aktyor, 1973-1990 -cı illərdə "Lenkom" və M.N.Yermolova adına Teatrların səhnəsində ifa etdiyi obrazlarla tanınıb.

Qeyd edək ki, mərhum Viktor Proskurin Azərbaycanın görkəmli kinorejissoru Rasim Ocaqovun "Qətldən yeddi gün sonra" filmində də çəkilib. Həmin filmdə mərhum aktyor qonşu kişi obrazını canlandırıb.

Aktyorun nə zaman və harada dəfn ediləcəyi ilə bağlı xəbər hələ açıqlanmayıb.

Ülviyyə Həsənqızı

Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib

Əməkdar artist vəfat edib