Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə Türkiyədə konfrans keçiriləcək.

Open.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY ) "Türk dünyasının öncülləri-12” cərçivəsində növbəti konfransını Cəfər Cabbarlıya həsr edəcək.

Bu gün baş tutacaq konfransda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov “Azərbaycan ədəbiyyatı və teatrının möcüzəsi” mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransı giriş sözü ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY ) prezidenti Düsen Kaseinov açacaq.

Tədbirdə Türkiyənin tanınmış elm və sənət adamları, Azərbaycanın diaspora nümayəndələri iştirak edəcək.

Ülviyyə Həsənqızı