Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb.

Open.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaydan da bu siyahıda yer alıb. O,156 ölkə arasında 90-cı yeri tutub. Region ölkələrindən Rusiya 59-cu, Türkiyə 74, İran 106, Ermənistan 116, Gürcüstan isə 119-cu yerdə qərarlaşıb.

Hesabata əsasən, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi seçilib. İkinci və üçüncü yerlərdə isə Danimarka ilə Norveç mövqe tutub.