Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqı Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 3.000 manat pul köçürüb.

Open.az xəbər verir ki, bu barədə AYB.az saytına Həmkarlar İttifaqının sədri, tanınmış şair Firuzə Məmmədli məlumat verib.

Firuzə Məmmədli: “Bu həssas məqamda hər bir azərbaycanlının ürəyi Qarabağda torpaqlarımızın azadlığı uğurunda döyüşən və böyük zəfərlər qazanan şanlı Azərbaycan Ordusuyla, rəşadətli Azərbaycan Əsgərləriylə döyünməlidir. Buna görə Silahlı Qvvələrə kiçicik bir yardım etmək istəyən qələm adamlaırının xoş niyyəti təqdirə layiqdir. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Azərbaycan Ordusuna yeni qələbələr qazandırsın! Qarabağ Azərbaycandır!” – deyə bildirib.