İyunun 17-də Azərbaycan bəstəkarlıq sənətinin sonuncu əzəmətli zirvəsi, dünyaşöhrətli Dahi bəstəkar Arif Məlikovun vəfatından 40 gün ötür.

Open.az xəbər verir ki, bu münasibətlə Heydər məscidində mərasim təşkil ediləcək.

Bu barədə məlumatı Bakı Musiqi Akademiyasının aspirantı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Nemətli yayıb.

Heydər məscidində təşkil edilləcək 40 mərasimi saat 12.00-da başlanacaq.

Xatırladaq ki, SSRİ Xalq artisti Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı