İstanbulun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə NEVMEKAN SAHİL salonunda ADMİU-nun Dizayn və Dekorativ sənət kafedrasının müdiri, xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub.

Open.az xəbər verir ki, tədbirin birinci hissəsi günün birinci yarısında baş tutub. 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən III-cü “İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin “Bəyaz”adlı əsəri Türkiyənin “Yaşılay” cəmiyyətinin və “İslam İşbirliyi Təşkilatı”nın prezidenti Esra Erdoğan Albayraka təqdim olunub.

Esra Albayrak Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsində incəsənətin xüsusi rolunu qeyd edib.

Daha sonra Arif Əziz və ADMİU-nun Rəssamliq fakültəsinin dekanı Sevil Kərimova NEVMEKANDA yerləşən “Xanım Sultanların Muzeyi”nin açılışında iştrak ediblər.

Muzeyin ekspozisiyasında Osmanlı dövrünün 100-ə yaxın qadın geyimlərindən ibarətgəlincik kolleksiyası tamaşaçılara təqdim olunub.

Arif Əzizin 133 əsərindən ibarət sərginin açılışında İstanbul Universitetlərinin müəllim-professor heyətli, diplomatik nümayəndələr, rəssamın ailəsi, Azərbaycanın xalq rəssamı Sakit Məmmədov, muzey, sənət evləri və qalereyaların nümayəndələri, eləcədə sənətseverlər və geniş ictimaiyyət iştirak edib.

Tədbirin əvvəlində İstanbulun Mərmərə Universitetinin müəllimi, soydaşımız Aytac Rzaquliyevanın rəhbərlik etdiyiTrio-Miraculum qrupunun kiçik konserti keçirilib. Konsertdə İlyas Mirzəyevin, Oğuzhan Balcının, Endrü Uebberin əsərləri, Azərbaycan və türk xalq melodiyaları səsləndirilib.

Daha sonra Üsküdar Bələdiyyəsinin Başçısı Hilmi Türkmen və Arif Əziz çıxış ediblər,

Xalq rəssamı Arif Əzizin Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafında əhəmiyyətli fəaliyyəti qeyd olunub və ona İstanbul Bələdiyyəsi tərəfindən“Təşəkkürnamə” təqdim olunub.

Sərgi salonunun iki mərtəbəsini əhatə edənekspozisiyanın konsepti Arif Əzizin yaradıcılıq yolununun fərqli məqamlarını, onlarınbədii spesifikasını, rəssamın fərdi manerasını izləyicilərə ardıcıl tərzdə açıqlamaqdır.

Rəssamın 1970-cı illərdən başlayaraq bu günədək qrafika, rəngkarlıq, dizayn, teatrdekorasiyası sahələrində yaratdığı əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ülviyyə Həsənqızı