Azərbaycanın tanınmış yazıçı-dramaturqu, professor Aqşin Babayevin yeni kitabı çapdan çıxıb.

Open.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Göyərçinlər öpüşür” kitabı rus dilində nəşr edilib.

Yeni nəşr-müəllifin sayca 40-cı, o cümlədən, rus dilində buraxılan 4-cü kitabıdır.

Kitabda müəllifin “Kişilər az yaşadı”, “Qırxıncı illərin uşaqları”, “Dalan” povestləri və hekayələri yer alıb.

Əsərləri rus dilinə xalq yazıçısı Natiq Rəsulzadə, moskvalı mütərcim Yelena Medvedyeva və yazıçı-tərcüməçi Aytən Aqşinqızı çeviriblər.

Qeyd eədk ki, kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oqtay Həmidovdur.

Aqşin Babayev:  “Göyərçinlər öpüşür”