"Apple" şirkətinin səhmləri son 6 ilin ən sərt tənəzzülünü yaşayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri Nyu-Yorkda 9,96 faiz azalma ilə 142 dollara qədər geriləyib.

Bu vəziyyət dünyadakı digər bazarlara da təsir edib. Asiyadakı "Apple" tədarükçülərinin hissələrində də böyük azalma baş verib.

Beləliklə, "Apple"in dəyəri 75 milyard dollar azalıb və təxminən beş ilin ən aşağı bazar dəyərinə geriləyib.

Gülnar Qafarlı