ABŞ-da yaşayan məşhur sovet və amerika yazıçısı, tarixçi, filosof İqor Yefimov vəfat edib.

Open.az xəbər verir ki, 83 yaşlı yazıçı ötən gün dünyasını dəyişib.

Yazıçının ölümü ilə bağlı xəbəri yaxın dostu, publisist Yevgeni Berkoviç sosial mediadan duyurub. Y.Berkoviçin sözlərinə görə, İqor Yefimovla ömrünün son günlərinədək təmasda olublar və mərhum yazıçı ölümündən əvvəl hələ dərc edilməyən son kitabının əlyazmalarını ona göndərib.

Qeyd edək ki, İqor Yefimov 1937-ci il avqustun 8-də Moskvada anadan olub. 1956-cı ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.

1987-ci ildə ABŞ-na köçən mərhum yazıçı, orada "Ermitaj" nəşriyyatını yaradıb.

Əsərlərini çox zaman Andrey Moskovit təxəllüsü ilə nəşr etdirən yazıçı, tarixi mövzuda yazdığı bədii və sənədli romanları ilə bütün dünyada məşhur olub.

Ülviyyə Həsənqızı