Almaniyadakı Azərbaycan kamera orkestri 28 May – Respublika Günü münasibətilə videoçarx hazırlayıb.

Open.az xəbər verir ki, videoçarxda orkestr tərəfindən görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəylinin “Arazbarı” əsəri ifa olunur.

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə yaradılan orkestrə dahi bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova rəhbərlik edir. Orkestrdə onunla birlikdə 14 musiqiçi çalışır. Kamera orkestrinə Fəridə Rüstəmova (skripka), Ferhat Mehmet (skripka), Həsən Abasquliyev (skripka), Arzu Mamedova (skripka), Elgün Ağazadə (skripka), İris İdjelioğlu (viola), Nəriman Akperov (violonçel), Zeynep Akdil (violonçel), Tair Turqanov (cüt bas), Timur Osmanov (fleyta), Meltem Kandemir (viola), Feliks Knarozovski (bas) və Fərəc Əkbərov (klarnet) kimi peşəkar musiqiçilər daxildir.