Noyabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevə həsr olunan "Alı zirvəsi" filminin təqdimat mərasimi olacaq.

Open.az xəbər verir ki, film Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi həmçinin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ərsəyə gəlib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Musazadə Kəmalə Mehralıdır.

Ülviyyə Həsənqızı