Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov ötən gün beyin insultu keçirib.

Open.az Akademik Musiqili Teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən aktyorun vəziyyəti ağırdır.

Hazırda müayinələr aparılır və aktyorun yaxın saatlarda vəziyyətinin necə olacağı aparılan MRT-nin cavabına əsasən müəyyən ediləcək.

Xatırladaq ki, ötən ay Məhərrəm Qurbanovun 60 yaşı tamam olub.

Allah şəfa versin!

Ülviyyə Həsənqızı