Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti premyeraya hazırlaşır.

Open.az xəbər verir ki, martın 15-də teatrın səhnəsində Xalq yazıçısı Elçinin "Stalin" pyesi əsasında hazırlanan tamaşanın premyerası olacaq.

Adından da göründüyü kimi tamaşada İosif Stalinin həyatından bəhs edilir.

Tamaşaya quruluşu Rusiyadan dəvət edilmiş rejissor Kirill Zaborixin verib.

"Stalin" tamaşasının quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Andrey Şoşkindir.

"Stalin" əsərini aktyorlar Mariya Duboviskaya, Oleq Əmirbəyov, Zaur Terequlov, Zaur İsgəndərov, Rüstəm Kərimov, Cövhər Abdullayev, Olqa Arsentyeva, Fərid Bəhramov, Tural Kərimov, Maya Vorobjanskaya, Samira Rüstəmova, Emil Atraşkeviç təqdim edəcəklər.

İosif Stalinin gəncliyini istedadlı aktyor Murad İsmayıl, yaşlı dövrünü isə tanınmış aktyor Yaqub Zeynalov ifa edəcək.

Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Ülviyyə Həsənqızı