Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından Xalq artisti Xuraman Qasımovaya cavab gəlib.

Open.az xəbər verir ki, Akademik Opera və Balet Teatrının Mətbuat Xidməti Xalq artisti Xuraman Qasımovanın müsahibəsində Teatrın rəhbərliyi və ümumiyyətlə yaradıcı mühiti ilə bağlı söylədiklərinə cavab olaraq açıqlama yayıb.

Açıqlamada bildirilir ki, X.Qasımovanın səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil:

“Qasımova bildirir ki, onu və bacısı Fidan Qasımovanı cavan qız ikən teatrdan uzaqlaşdırıblar. Nəzərə alsaq ki, Xuraman və Fidan Qasımovalarla əmək müqaviləsinə 2005-ci ildə xitam verilib, o zaman F.Qasımovanın 58 (1947-ci il təvəllüdlüdür), X.Qasımovanın isə 54 yaşı (1951-ci ildə doğulub) var idi. Həm də onlara heç kəs burada çıxış etməyi qadağan etməmişdi, sadəcə onlar repertuarda məşğul olmadıqlarına görə, ştatdan azad edilib, tamaşa haqqı ödənilməklə işə keçirilmişdilər. Onlar bununla razılaşmaq istəmirdilər, ona görə ki, illərlə səhnəyə çıxmadıqları halda hər ay müftə əmək haqqı almaq istəyirdilər.

Akademik Opera və Balet Teatrından Xalq artisti Xuraman Qasımovaya cavab

Nigar Şabanovanın bəyanatına gəldikdə, o artıq öz cavabını alıb, ona cavab verən Xalq artistlərini heç kəs məcbur edib efirə göndərməmişdi, onlar öz təşəbbüsləri ilə verilişə çıxıb həqiqəti söyləmək istəmişdilər. Gənclərə qayğı məsələsi Opera və Balet Teatrında ən yüksək səviyyədədir. Layiq olanlar bu teatrın səhnəsində öz yerini tutur və onların inkişaf etməsi üçün teatr rəhbərliyi hər cür şərait yaradır. Son 20-25 il ərzində Opera və Balet Teatrının səhnəsində ilk addımlarını atan gənclərin bir çoxu bu gün artıq yüksək fəxri adlar daşıyırlar, müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər, səsləri dünyanın mötəbər teatr və konsert salonlarından eşidilir. Xuraman Qasımova bu həqiqətləri görmək istəmir və ya görməməzliyə vurur. Bir daha təkrar etmək istəyirik ki, teatrımızın səhnəsinə heç kəs pul ödəyib gəlmir, burada çıxış etdiklərinə görə onlara pul verilir.

Akademik Opera və Balet Teatrından Xalq artisti Xuraman Qasımovaya cavab

Xuraman Qasımovanın “Opera Teatrında səviyyəsiz tamaşalar çoxdur” ittihamı haqqında: Əgər, Qasımova 2005-ci ildən bu yana Teatra gəlmirsə, tamaşaların səviyyəsi barədə necə mühakimə yürüdə bilər? Opera və Balet Teatrının tamaşalarında xarici qonaqlar, diplomatik korpus nümayəndələri, səfirlər, Azərbaycan elitasının nümayəndələri vaxtaşırı iştirak edirlər. Əgər tamaşaların səviyyəsi onları qane etməsə, onlar təkrarən teatra gələrlərmi? Fikir söyləmək üçün Teatra gəlmək və tamaşalarda iştirak etmək lazımdır.

X.Qasımova “Koroğlu” tamaşası haqqında danışır, atın səhnədə süründüyünü iddia edir. “Koroğlu” operasının hər bir tamaşası “Mədəniyyət” kanalı ilə lentə alınır və sonradan televiziyada nümayiş olunur. Nədənsə, atın süründüyünü heç kəs müşahidə etməyib, gülünc və cəfəngiyyat dolu fikirdir. Bu at Teatrın şəxsi atı deyil, o hər dəfə İdman və Gənclər Nazirliyinin tabeliyində olan Atçılıq idmanı və Müasir Beşnövçülük üzrə İOEUPM-dən icarəyə götürülür və qeyd etmək lazımdır ki, hər dəfə Teatra ən yaxşı cins atlar göndərilir.Akademik Opera və Balet Teatrından Xalq artisti Xuraman Qasımovaya cavab

Daha bir ağ yalan – “Teatr bu dəqiqə Sumqayıtdan kənara çıxmır” fikiridir. Qasımovaya demək istəyərdik ki, teatr nəinki Sumqayıtdan kənara çıxır, hətta Azərbaycanın hüdudlarından çox-çox kənarda belə qastrol səfərlərində olur. Teatrın muğam və balet truppaları, simfonik orkestri bir çox yaxın-uzaq ölkələrdə - Rusiya Böyük Teatrı, Sankt- Peterburqun Marinski Teatrı, Belarusun Böyük Akademik Opera və Balet Teatrı, Türkiyənin İstanbul və Ankara Opera və Balet Teatrları, Fransa, Almaniya, Qətər və sairə ölkələrdə çıxış edib və etməkdədir.

Akademik Opera və Balet Teatrından Xalq artisti Xuraman Qasımovaya cavab

Ümumiyyətlə başdan-başa yalan və iftiralarla dolu olan bu müsahibəni verməklə X.Qasımovanın özünü ictimaiyyətin yadına salmaq və xatırlatmaq məqsədi güddüyünü düşünürük, başqa cür ola bilməz. Opera və Balet Teatrının fəaliyyəti haqqında həqiqətləri daimi tamaşaçılar çox yaxşı bilir, kim bu həqiqəti bilmirsə, onları da tamaşalarımıza dəvət edirik”.