Dünyanı cənginə alan koronavirus səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünə fərqli başladı.

Open.az xəbər verir ki, tamaşaçıların adət etdiyi teatr mövsümünün açılış mərasimi bu dəfə vəziyyətə uyğun olaraq virtual məkanda baş tutdu.

Akademik Musiqili Teatr 111-ci mövsümünü Ər və arvad

Əvvəlcə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrsevərlərə videomüraciət edərək, onları teatrın 111-ci mövsümün başlanması, eyni zamanda Üzeyir Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə təbrik etdi.

Akademik Musiqili Teatr 111-ci mövsümünü Ər və arvad

Daha sonra o, sosial şəbəkə izləyicilərini "Üzeyir Hacıbəyli həftəsi" çərçivəsində dahi bəstəkarın ölməz əsərlərindən biri — "Ər və arvad" operettasına baxmağa dəvət etdi.