Amerikanın tanınmış aktyoru, yüzlərlə populyar filmdə rol alan Rip Torn vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 88 yaşlı aktyor "Mariya-Antuanetta", "Hissiz" və s. populyar filmlərlə məşhurlaşıb.

180-dən çox bədii filmdə rol alan aktyor 1931-ci ildə Texas ştatında anadan olub. 1956-cı ildə ilk dəfə kinoda debütünü edib.

Rip Torna populyarlıq gətirən rolu "Qara geyimli insanlar" filmində ifa etdiyi Agent Z obrazı olub.

Son illər kinoprodüser kimi fəaliyyətini davam etdirən aktyorun ölüm səbəbi bilinmir.

Ülviyyə Həsənqızı