Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına ağır itki üz verib.

Open.az xəbər verir ki, ötən gün Teatrın baş rəssamı Elman Balakişiyev dünyasını dəyişib.

Bu barədə xəbəri Ağdam Teatrının baş rejissoru, əməkdar artist Novruz Cəfərov yayıb.

Novruz Cəfərov bildirib ki, Elman Balakişiyev bir neçə günlük xəstəlikdən sonra dünyasını dəyişib.

1986-cı ildən Ağdam Dövlət Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərən Elman Balakişiyev, teatrda quruluş verilən əksər tamaşaların bədii tərtibatçısı olub.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Ağdam Teatrına ağır itki üz verib