Rusiyanın Xalq rəssamı Yevgeniya Qatilova vəfat edib.

Open.az xəbər verir ki, 99 yaşlı heykəltəraş və farfor ustası ötən gün evində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Yevgeniya Qatilova keçmiş Sovet İttifaqının farfor üzrə ən tanınmış heykəltəraşı olub. 2006-cı ildə Rusiyanın Xalq rəssamı Fəxri adına layiq görülən heykəltəraş, 35 il Farfor Zavodunda çalışıb.

Ülviyyə Həsənqızı