Kareliya Muxtar Respublikasının Xalq şairi və tərcüməçi, Rusiyanın Əməkdar Mədəniyyət işçisi Marat Tarasov vəfat edib.

Open.az xəbər verir ki, 90 yaşlı tanınmış şair bu gün dünyasını dəyişib.

Kareliya Muxtar Respublikasının başçısı Artur Parfençikov Marat Tarasovun vəfatını Kareliya və Rusiya ədəbiyyatı üçün böyük itki adlandırıb. Marat Tarasovun Robert RojdestvenskiYevgeni Yevtuşenko ilə olan dostluğundan danışan Artur Parfençikov, mərhum şairin vəfatından kədərləndiyini bildirərək, Marat Tarsovun doğmalarına başsağlığı verib.

Qeyd edək ki, Xalq şairi Marat Tarasov 14 il Kareliya Respublikasının Yazıçılar İttifaqına rəhbərlik edib.

Ülviyyə Həsənqızı