Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 85 illik yubileyinə hazırlaşır. Yubiley tədbirləri 2019-cu ilin noyabr ayında qeyd ediləcək.

Bu barədə Open.az-a muzeyin direktoru Sevinc Mikayılova məlumat verib.

“Tədbirlər planımızı hazırlayırıq. Ekspozisiyamız yenilənir. İlin sonuna qədər görəcəyimiz işlər çoxdur. "

Qeyd edək ki, Teatr Muzeyi 1934-cü ildə təşkil edilib. Həmin il noyabrın 25-də muzeyin təntənəli açılış mərasimi keçirilib.

1935-ci ildə Teatr Muzeyinə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilib.

Altı ekspozisiya zalı olan Teatr Muzeyində 137.000 mindən artıq eksponat qorunub saxlanılır.

Ülviyyə Həsənqızı