80 ildir bütün dünyada uşaqların, neçə-neçə nəsillərin sevərək izlədiyi "Tom cə Cerri" cizgi filminin yubileyidir.

Open.az xəbər verir ki, ABŞ-ın Cartoon Network studiyasında istehsasl edilən qısa və tammetrajlı cizgi filmi olan "Tom və Cerri" 1940-cı ildə çəkilməyə başlayıb. "Tom və Cerri"nin yaradıcıları Uilyam Hanna və Cozef Barberadır.

80 ildir sevilən Tom və Cerri

2001-ci ilədək davam edən "Tom və Cerri" filmlər silsiləsi 6 dəfə "Oskar"a layiq görülüb.

Əhvalatın mərkəzində pişik Tom və siçan Cerrınin rəqabəti durur. Tom və Cerrinın başqa digər personajları arasında məhəllə pişiyi Baç, Spayk, Tayk, siçan balası Taffi, ördək balası Kvaker və sarı bülbüldür.

80 ildir sevilən Tom və Cerri

"Tom və Cerri"nin yaranma tarixçəsi belə olub. 1930-cu illərin sonunda Uilyam Hanna və Cozef Barbera Metro-Goldwyn-Mayer studiyasında "Mikki-Maus"a güclü rəqib yaratmaq istəyirlər.

İlk olaraq ağıllarına tülkü və köpəyin dostluğu və etdikləri dava-dalaş gəlib. Amma sonradan tülkü və köpəkdən vaz keçib, pişik və siçan cizgi qəhrəmanlarını yaratmağa qərar veriblər.

80 ildir sevilən Tom və Cerri

İlk seriya "Puss gets the boss" adlandırılıb və bu seriyada obrazlara ad verilməyib. İlk seriya çox bəyənilib və bunun ardından Hanna və Barbara obrazlara ad verməyi qərar alıblar. Onlar müsabiqə keçirmiş və bu müsabiqədə John Carr-ın təklif etdiyi Tom and Jerry adı qalib gəlib. John Carr 50 dollar mükafat alıb. Bundan sonra 13 seriya çəkildi ve bunlardan yeddisi Akademiya mükafatına layiq görülüb.

Tom və Jerry-nin bu günə qədər 6 uzun filmi və 114 qısa filmi olub.

80 ildir sevilən Tom və Cerri

Çizgi filmində uşaqlara mənfi təsir göstərə biləcək partlamalardan sonra obrazların üzünün qaralması, Mummy-nin siçanlardan qorxaraq stola çıxması və obrazların siqaret çəkdiyi səhnələr bir çox ölkədə silinib.

Həmçinin 1-ci sezonun son bölünmündə Tom və Ceri dəmir yolunda dayanaraq intihar etməyə cəhd edir və seriya orada bitir. Seriyanın nəyə görə belə bitdiyi hələ də açıqlanmayıb.