Rusiyanın tanınmış bəstəkarı Yuri Markelov Moskvadakı evində ölü tapılıb.

Open.az xəbər verir ki, 69 yaşlı bəstəkarın hansı şəraitdə vəfat etməsi hələlik dəqiqləşdirilməyib.

Yuri Markelov 1950-ci il avqustun 4-də keçmiş Stalinqrad, hazırki Bolqoqrad şəhərində anadan olub.

Yaradıcılığı əsasən kamera-simfonik əsərlərdən ibarət olan mərhum bəstəkar, «Горицвет» vokal-instrumental ansamblının da rəhbəri olub.

Y.Markelovun yazdığı məşhur mahnıların əsas ifaçıları İosif Kobzon və Lev Leşşenko idi.

Ülviyyə Həsənqızı