Sankt-Peterburqda fəaliyyət göstərən Malıy Teatrın aktyoru və rejissor Oleq Dmitriyev vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı aktyor evində dünyasını dəyişib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.

1970-ci ildə anadan olan aktyor, 1990-cı ildən Peterburqun Malıy Teatrında çalışıb.

Ülviyyə Həsənqızı